RU

Tramp məşhur Alkatras həbsxanasının yenidən açılmasını ƏMR ETDİ

Tramp məşhur Alkatras həbsxanasının ölkənin ən təhlükəli cinayətkarlarının saxlanması üçün yenidən açılmasını əmr edib.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial mediada X məhkəmə sistemini həddən artıq yumşaq olmaqda ittiham edib və “qanun, asayiş və ədaləti” bərpa edəcəyinə söz verib.

Onun sözlərinə görə, təmir edilmiş Alkatras ciddi təhlükəsizlik siyasətinin simvoluna çevriləcək.

Xtırladaq ki, San-Fransisko körfəzindəki eyniadlı adadakı həbsxana 1934-1963-cü illərdə fəaliyyət göstərib və ölkənin ən təhlükəsiz həbsxanalarından biri olub.

Sonradan baha başa gəldiyi üçün bağlanıb və adanın özü muzeyə çevrilib.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
0
interpress.az

1Источники