RU

BP rəqib şirkətə satıla bilər - “Əgər bu birləşmə baş tutarsa...”

"Bloomberg" agentliyi şənbə günü enerji bazarlarını silkələyən xəbər yayıb. Bilidilir ki, Britaniyanın neft-qaz nəhəngi “Shell Plc”, rəqib BP şirkətinin potensial satın alınmasını qiymətləndirmək üçün məsləhətçilərlə işləyir. Məlumata görə, “Shell” tələsmir, öz təklifini rəsmiləşdirməzdən öncə BP-nin səhmlərinin və neftin qiymətinin daha da aşağı düşəcəyini gözləyir.

Xəbəri şərh edən neft-qaz sektoru üzrə ekspert İlham Şaban bildiri ki, əvvəllər BP və “Shell” bazar qiymətlərinə görə, demək olar ki, bərabər ölçüdə idilər, lakin son bir neçə il ərzində “Shell” təxminən 2 dəfə dəyərini artıraraq 149 milyard funt-sterlinqə çatdı, BP isə 65-70 milyarddan yuxarı qalxa bilmədi.

“Məsələ heç də 2010-cu ildə Meksika körfəzində baş verən nəhəng faciəyə bağlı deyildi. Şirkət son 15 ili daim böyük gərginlik altında keçirməli olub və rəhbərlikdə də strateji hədəflərin düzgün seçilməməsi ucbatından əldə edilən nəticələr qənaətbəxş ola bilməyib” –deyə, o, bildirib.

Ekspert vurğulayır ki, neft qiymətlərinin ucuzlaşması həmişə bazarda kiminsə kimi "udması" ilə nəticələnir.

İ.Şaban xatırladır ki, vaxtı ilə dünya enerji sektorunda ən böyük birləşmələr 1998-1999-cu illərdə olub: “O zaman ki, Brent markalı neft 10 dollara qədər ucuzlaşmışdı. Bizim "Çıraq" platformasından çıxan neftimiz Novorossiyskdən "Urals" markalı neft adı altında satılan zaman... Hətta 1 barelini 8 dollara satdığımız partiyalar da olub. Həmin dövrdə -1009-ci ildə Britaniya şirkəti BP Amerikanın “Amoco” neft şirkətini almağa nail oldu. Müqavilə 1998-ci ilin avqustunda elan edildi. Bu, o dövrdə neft və qaz sektorunda ən böyük birləşmə idi və beləcə "BP Amoco" şirkəti yarandı. Amma 3 il keçəndən sonra birləşmiş şirkətin səhmdarları BP brendinə qayıdışa səs verdilər”.

İndi bu birləşmə baş tutarsa, necə olacaq?

İlham Şaban deyir ki, əgər “Shell” BP-ni ala bilsə, onda “ExxonMobil”-dən sonra dünyanın üçüncü ən bahalı enerji şirkətinə çevrilə bilər. O, xatırladır ki, hazırda dünyanın həm hasilatına görə, həm də bazar qiymətinə görə bir nömrəli nəhəngi “Saudi Aramco” sayılır.

AzPolitika.info

Избранный
0
hurriyyet.az

1Источники