RU

Hindistan ikinci qırıcı təyyarəsini itirdi - VİDEO

AzVision.az Hindistan mediasına istinadən xəbər verir ki, bu, üç günlük təlimlərin başlamasından bəri ikinci qəzadır.

Eyni zamanda, Pakistan mənbələri Nyu-Dehlini “müxtəlif yerlərdə Pakistanın nəzarət-buraxılış məntəqələrini səbəbsiz atəşə tutmaqda” ittiham edirlər.

Təhlükəsizlik xidmətlərindəki mənbələr Pakistan ordusunun Hindistandan açılanatəşə layiqli cavab verdiyini bildirirlər. Məlumata görə, Hindistan Nəzarət Xətti boyunca Parnikyal, Xoy-Ratta, Şarda və Khel, Nilam və Hacı Per sektorlarında atəş açıblar.

“Pakistan və Hindistan silahlı qüvvələri rəsmi beynəlxalq sərhəd boyunca yerləşən Parqval-Axnur bölgəsində bir-birlərinə zərbələr endiriblər”,- xarici KİV-lər, öz növbəsində, yazırlar.

Pakistan-Hindistan sərhədində gərginlik səngimir
Hindistan mediasının iddiasına görə, Nyu-Dehli ilə müharibə olacağı təqdirdə İslamabadın mərmi ehtiyatlarının yalnız 4 gün üçün kifayət edəcək.Onlar buna səbəb kimi Pakistanın Ukraynaya gizli silah tədarükünü göstərirlər. Hindistan mediası Rusiya işğalı başlayandan bəri Pakistan fabriklərinin Ukraynaya guya on minlərlə haubitsa və raket mərmiləri, o cümlədən “Qrad” və “M109” sistemləri üçün döyüş sursatları göndərdiyini yazır. Bunun nəticəsində ölkənin əsas silahları yetərli təchizata malik deyil.

Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb. Bundan sonra Hindistan və Pakistan arasında qarşıdurma xeyli güclənib və iki ölkə sərhədində atışmalar başlayıb.




Sahil İsgəndərov
AzVision.az
Избранный
0
azvision.az

1Источники