Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması, erməni cəmiyyəti və mediasının şər böhtan dolu iddialarına alışmışıq. Maraqlıdır ki, xəstə təxəyyüllü bu cəmiyyət indi də Türkiyənin daxili işlərinə qarışır. Buna misal olaraq ölkə mediasında güclü iqtisadiyyata malik qonşu ölkə-Türkiyənin öz ərazisində apardığı tikililərlə bağlı iradları göstərmək olar.
"Mamul" nəşri hüquq müdafiəçisi Karapet Poqosyana istinadən yazıb ki, guya ekspert uzun müddətdir ki, Armavir bölgəsindəki Baqaran və Yervandaşat qəsəbələrinin sakinlərindən narahat dolu xəbərlər alır. Buna səbəb Türkiyə tərəfinin ağır tikinti texnikalarından istifadə etməklə Araz və Axuryan çaylarının qovuşduğu bölgəyə yaxın müəyyən işlər görməsidir.
"Xüsusi texniki vasitələrdən istifadə edilməsini əks etdirən fotolar da çəkilib. Görüntülərdə çayın sahillərində beton bəndlərin tikilməsi aydın şəkildə əks olunub(?!nə olsun?-red.).
Müasir dünyada dövlətlər su ehtiyatlarına və onların daha məqsədyönlü idarə olunmasına böyük diqqət yetirirlər.
Şəkillərə əsasən belə qənaətə gəlmək olar ki, Türkiyə tərəfi ya Arazın məcrasını dəyişmək,(?) ya da Ermənistanı bu ana çayın sularından istifadə imkanından məhrum edəcək bir bəndlər tikmək istəyir. Bu, Ermənistan Respublikasının mühüm kənd təsərrüfatı torpaqlarının əhəmiyyətli hissəsini səhraya çevirəcək".
Əvvəla, Türkiyə qonşu dövlətdə deyil, öz ərazisində tikinti işləri aparır. İkincisi isə bu mülahizə və iddiadan başqa bir şey deyil. Ümumiyyətlə isə Türkiyənin harada hansı bəndi inşa eləməsinin qonşu ölkələrə aidiyyəti olmamalıdır. Necə ki, oxşar addımları digər dövlətlər də kimdənsə icazə almadan edirlər.
Tural