RU

Qonşusunu öldürən: “O, həbsdə olan bibim oğlunun arvadına zəng etmişdi...”

Qaradağ rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Əliəkbər Səmədlinin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə ifadəsində bildirib ki, mərhum Rüfət Rüstəmovla qonşu olub, onu uşaq vaxtından tanıyıb, həmişə münasibətləri yaxşı olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl həbsdə olan bibisi oğlunun arvadı M.M.-in (ad, soyadı şərtidir) hərəkətlərindən şübhələnib:

“Bir gün evdə olanda bibim oğlunun arvadının mobil telefona baxanda adı yazılmayan açıq nömrədən zəng gəldiyni gördüm. Telefonu açanda bir nəfər oğlanın səsini eşitdim. Sonra həmin səsin qonşumuz Rüfətin olduğunu bildim. Nömrəni yoxlayanda həmin şəxsin Rüfət olmasına tam əmin oldum. Sonra Rüfətə zəng etdim. Bildirdi ki, sexdədir və orda görüş müəyyən etdik. Sexə getdim. Rüfətlə orada bir qədər söhbət etdik. Söhbət əsnasında o, əsəbiləşmişdir. Səsə qonşulardan Elşad, Məhəbbət və Qulu gəldi. Bundan sonra Rüfətlə birgə maşına oturduq. Bir az yol getdikdən sonra onun bıçaq götürməsindən şübhələndim və Rüfətə dedim ki, maşından düşsün. Özüm də müharibədə verilən bıçağı götürüb maşından düşdüm. Rüfətə tərəf gedəndə o, mənə əl atıb özünə tərəf çəkdi. Həmin vaxt Rüfətin əlində nəsə oldğundan şübhələndim. Bu zaman özünümü müdafiə etmək üçün onu bıçaqla vurdum. Sonra Rüfət məni itələyərək qaçmağa başladı və gözdən itdi. Mən isə geri qayıdanda Elşadın maşınını gördüm. Elşada Rüfəti vurduğumu bildirdim. Sonra elə həmin vaxt yaxınlıqdan polis maşını keçdiyini gördüm. Həmin polis maşınını səslədim və onlara adam vurduğumu bildirdim”.

Məhkəmə baxışı zamanı Əliəkbər Səmədli verilən suallara cavab olaraq söyləyib ki, aralarında olan mübahisə 10-15 dəqiqə davam edib:

“Əməlimdən peşmanam. 44 günlük vətən müharibəsində iştirak etmişəm, iki medalım - Suqovşan və Vətən uğrunda medallarım var”.

Qeyd: Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

Hökmə əsasən, Əliəkbər Səmədli 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Tarix: 5 May 2025, 10:54   
Избранный
0
1
pravda.az

2Источники