RU

Neft kəskin şəkildə UCUZLAŞDI

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC+) üzv olan 8 ölkənin hasilatı artırmaq qərarından sonra neftin qiyməti kəskin şəkildə (3%) ucuzlaşıb. 

News24.az AFP-ə istinadən xəbər verir ki, bu vəziyyət bazarlarda artıq xam neft təklifinin olacağı ilə bağlı qorxuları artırıb.

"West Texas Intermediate" nefti Asiyada səhər ticarətində 3,8 faiz ucuzlaşaraq bir barel üçün 56,08 dollara, "Brent" Şimal dəniz nefti isə 3,5 faiz ucuzlaşaraq 59,17 dollar/barelə düşüb.

Bank nəhəngi "Barclays" OPEC+-ın neft hasilatını artırmağı sürətləndirmək qərarını əsas gətirərək, "Brent" markalı neftin proqnozunu 2025-ci il üçün 4 dollar azalaraq 66 dollar/barelə, 2026-cı il üçün isə 2 dollar azalaraq 60 dollar/barel səviyyəsinə endirib.

"Brent" markalı neftin 2025 və 2026-cı il üçün orta qiymət təxminlərini bir barel üçün 63 və 58 dollar olaraq açıqlayan "Goldman Sachs" bu təxminləri bir barel üçün 60 və 56 dollara qədər yenidən nəzərdən keçirib.

Günel Məlikzadə

Избранный
0
news24.az

1Источники