NBA pley-offsda birinci mərhələyə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, başqa sözlə 1/8 final adlandırılan bu mərhələnin son görüşü bu gecə oynanılıb.
Türk basketbolçu Alperen Şengünün şərəfini qoruduğu Houston Rockets həlledici qarşılaşmada Golden State Warriorsa uduzub. Alperenin topladığı 21 xal komandasına məğlubiyyətdən yaxa qurtarmaqda yardımçı olmayıb. Beləliklə, Houston Rockets çempionluq uğrunda yarışda mübarizəni dayandırıb.
Bu gecə eyni zamanda NBA pley-offs ikinci mərhələ start götürüb.
NBA pley-offs, birinci mərhələ (1/8 final)
Houston Rockets - Golden State Warriors 89:103
NBA pley-offs, ikinci mərhələ (1/4 final)
Cleveland Cavaliers - Indiana Pacers 112:121
*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir