RU

Myanmada 4,8 bal gücündə zəlzələ baş verib

Myanmada Mandalay şəhəri yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Respublikanın paytaxtı Neypitau ərazisində 2,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, martın 28-də Myanmada 8,2 bal gücündə zəlzələ baş verib. 3,8 min nəfər ölüb, 5,1 min nəfər xəsarət alıb, yüzdən çox insan itkin düşmüş hesab olunur.

Избранный
0
ucnoqta.az

1Источники