"Həyatını riskə atmaq istəmirsən? Çıxış yolu var"
Hərbi xidmətdən yayınmaq istəyən ruslar üçün korrupsiya bazarında ən populyar xidmət, saxta "ağ bilet" almaqdır.
Herbiand.az “Meduza” portalına istinadən xəbər vereir ki, bunu "Meşəyə get" layihəsinin yardım və evakuasiya şöbəsinin rəhbəri Daria Berq bildirir.
Rusiyanın Ukraynaya təcavüzü başlamazdan əvvəl belə bir hərbi bilet bölgələrdə 90-250 min rubla alına bilərdi. Moskvada isə "doğru həkimlərdən" keçmək və qeyri-hərbi diaqnozlar almaq 200-dən 450 minə başa gəlidi.
Ukraynaya təcavüez və xüsusən də səfərbərlik elan edildikdən sonra qiymətlər "üç, hətta on dəfə artdı".
2023-cü ilin əvvəlində möhlət verən G kateqoriyalı hərbi bilet “online qara bazarda” bir milyon rubl və ya daha çox qiymətə satıldı." Tamamlanmış xidmət haqqında işarəsi olan bilet daha da baha başa gəlir - iki-üç milyon.
O vaxtlar, 2022-ci ilin payızında Rusiyada “online qara bazar şəbəkəsi” hərbi qeydiyyat və komissarlıqda lazımi adamlar vasitəsilə ordu köləliyindən qurtulmaq və gözəl xəstəliyi olan hərbi bilet almaq təklifləri ilə dolu idi.
Qara bazar satıcılarının maraqlı reklam mətnləri də vcar idi:
"Həyatınızı riskə atmaq istəmirsiniz? Çıxış yolu var. İcarəyə götürülmüş mənzildə qorxu içində oturmaq, Monqolustana piyada qaçmaq və ya dostunuzla Berinq Boğazı ilə üzmək lazım deyil. Sadəcə bizimlə əlaqə saxlayın".
“Meduza”nın araştırmasına görə ən bahalı təklif yeddi milyon rubldur.
“Meşəyə get” təşkilatından Daria Berqin dediyinə görə, qiymətlərin yüksəlməsinin səbəbi insanlar özlərini başqa necə xilas edəcəklərini başa düşmədikləri üçün deyil, həm də çağırışçıların yoxlanışlarının tezliyi, habelə onlara sənəd verən həkimlərə nəzarətin artması oldu.
Bütün bunlar FSB hərbi əks-kəşfiyyatı tərəfindən intensiv şəkildə incəlməyə başlanan hərbi komissarlar üçün daha təhlükəli oldu.