RU

ABŞ öz istəyinə çatmaq üçün müharibənin davam etməsini istəyir -Politoloq

“ABŞ Ukrayna ilə “resurs anlaşmasını” imzaladıqdan sonra məntiqlə müharibəni sona çatdırmaq və ya uzunmüddətli atəşkəsə nail olmaq üçün səylərini artırmalıdır. Amma görünən odur ki, bu savaş hələ bir müddət də davam edəcək. Çünki ABŞ vasitəçi olmaq istədiyi danışıqlarda yenə Ukraynaya silah və sursat dəstəyini verəcəyini açıqlayıb. Bu isə Rusiyanın qıcığına səbəb olub” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, son iki gün ərzində Rusiyanın Ukraynanın şəhərlərinə kütləvi dron hücumunun səbəbi də budur.

“ABŞ açıq şəkiləd vasitəçi missiyasının davam etdirməyəcəyini bəyan edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.
“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik” – deyən Bryus əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır. Danışıqlar Moskva ilə Kiyev arasında aparılsaydı, ABŞ-a nə ehtiyac var idi ki? Digər açıqlama dövlət katibi Marko Rubiodan gəlib. O “Fox News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya silahlı qüvvələrini 2014-cü il sərhədlərinə geri çəkilməyə məcbur edə bilməz. Deməli, müharibə davam edəcək və bununla Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altında qalacaq. Bir sözlə ABŞ indi öz istəyini reallaşdırmaq üçün Ukrayanaya daha çox təzyiq edəcək. Bu isə sülhün yaxın zamanda baş tutmayacağına sübutdur.”- deyə Arzuman Muradlı bildirib.

Избранный
0
moderator.az

1Источники