Bunun səbəbi Pakistanın son illərdə Ukraynaya böyük miqdarda sursat göndərməsidir...
Pakistan silahlı qüvvələri Ukraynaya göndərildiyi üçün artilleriya sursatlarının çatışmazlığı ilə üzləşib.
Poliqon xəbər verir ki, bu barədə ANI Agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Hindistanla münaqişə kəskinləşərsə və geniş miqyaslı müharibə başlayarsa, Pakistanın mərmi ehtiyatı dörd gün müddətində bitə bilər.
Qeyd olunur ki, Ukrayna ilə son sövdələşmələr və istehsal gücü yetərli olmadığı üçün ölkədəki zavodlar hazırda ordunu lazımi miqdarda sursatla təmin etməkdə çətinlik çəkir.
Poliqon.info