İsrail ordusu gecə saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrini bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, döyüş təyyarələri Qəzza şəhərinin şimal-qərbindəki əl-Kərəmə bölgəsi yaxınlığındakı “Rumuz” yaşayış binasında bir neçə mənzilə zərbələr endirib: "Nəticədə 15 fələstinli həyatını itirib, 10-u yaralanıb. Beyt Lahiyənin qərbindəki əs-Salatin məhəlləsində "Əl-Əttar" ailəsinə məxsus evin bombalaması nəticəsində isə 4 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Cibaliya qəsəbəsində toplaşan əhaliyə atəş açılıb, burada isə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb".
Xəbərdə o da deyilir ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Qəzza şəhəri və Rəfah şəhərində də çoxsaylı evləri və mülki binaları partladıb: "Buradakı itkilər dəqiqləşdirilir"
Tahir Şəlvəli
aMİA.AZ