RU

Pentaqonun keçmiş müşaviri Zelenskini aradan götürməyi təklif edir

Amerika Birləşmiş Ştatları Ukrayna prezidenti Vladimir Zelenskini ölkəsinin ərazisində davam edən münaqişəni həll etməyə məcbur etməlidir. Bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Deep Dive"yə açıqlamasında bildirib.


"Mən hələ də başa düşə bilmirəm ki, niyə Ukraynada heç kim Zelenskini sıradan çıxarmayıb? Yaxud ABŞ niyə sülhə məcbur etmək üçün ona təzyiq göstərmir?" - deyə keçmiş müşavir gileylənib.


Makqreqorun sözlərinə görə, Vaşinqtonda bəzi fiqurlar var ki, onlar Ukraynada münaqişəni davam etdirmək istəyirlər. Polkovnik belə bir niyyətin ABŞ-nin və Ukrayna demokratiyasının maraqlarının qorunması ilə izah edildiyini izah edib.

Aprelin sonunda ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Zelenskinin tutduğu mövqe Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasında əsas maneə sayılır. Ağ Ev rəhbərinin sözlərinə görə, diplomatik səylərə və müttəfiqlərin təzyiqlərinə baxmayaraq, Kiyev Vaşinqtonun əsas təkliflərini rədd edir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural

Избранный
0
news365.az

1Источники