Rusiya ordusunun Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci ildən dünənədək verdiyi itkilərin ümumi sayı ən azı 956810 minə yüksəlib.
Hafta.az-ın yazdığına görə, Ukrayna Baş Qərargahı 3 may 2025-ci il tarixində verdiyi açıqlamada Rusiya ordusunun son sutka ərzində Ukraynada təxminən 1340 əsgər, 11 tank, 24 zirehli döyüş maşını, 2 təyyarə, 1 hava hücumundan müdafiə sistemi və 52 artilleriya sistemi itirdiyini bildirib.
Ukrayna Baş Qərargahının məlumatlarına görə, Rusiya 24 fevral 2022-ci il tarixindən etibarən Ukraynada toplam 10758 tank, 22403 zirehli döyüş maşını, 27327 artilleriya sistemi, 1376 reaktiv yaylım atəşi sistemi, 1155 hava hücumundan müdafiə sistemi, 372 döyüş təyyarəsi, 335 helikopter, 34860 operativ və taktiki PUA, kruiz37, PUA32, 28 döyüş gəmisi/qayığı, 1 sualtı qayıq, 47141 maşın və yanacaq çəni, 3870 xüsusi hərbi texnika itirilib.