RU

"Bitcoin"in SON qiyməti - FOTO

Mayın 5-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.

Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:10-da “CoinMarketCap” platformasında son 24 saatda 1.59% ucuzlaşaraq 94 396 ABŞ dolları təşkil edib.
 

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.89% azalaraq 1803 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.76%, BNB isə 1.48% ucuzlaşıb.


Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.


Bizim.Media

Избранный
0
38
bizim.media

10Источники