RU

“Alkatraz” həbsxanasını bərpa edir

ABŞ-da “Alkatraz” həbsxanasını yenidən fəaliyyət göstərəcək.

Prezident Donald Tramp belə bir göstəriş verməsini amansız və zorakı cinayətkarların artması ilə izah edir.

“Biz keçmişdə daha ciddi bir millət olanda xəsarət yetirəcəkləri insanlardan uzaqlaşdırmaq üçün bu təhlükəli cinayətkarları qapalı tutmaqdan çəkinmirdik. Ona görə də bu gün mən Həbsxanalar Bürosuna Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə Amerikanın ən amansız və zorakı cinayətkarlarının saxlanılması üçün “Alkatraz” həbsxanasını yenidən açmağa, genişləndirməyə və bərpa etməyə göstəriş verirəm”,- deyə Tramp əlavə edib.

Lakin bu təşəbbüs tənqidlərə səbəb olub. Tənqidçilər "Alkatraz"ın hazırda milli park və turistik məkan olduğunu, həmçinin belə bir planın hüquqi və maliyyə baxımından çətinliklər yaratdığını bildiriblər.

Məlumatlara görə, ABŞ Milli Park Xidməti Alkatraz adasındakı əsas həbsxana binasının struktur problemlərini aradan qaldırmaq və binanı gücləndirmək məqsədilə 48,6 milyon dollarlıq bir layihəyə start verib. Bu işlərə beton divarların möhkəmləndirilməsi, pəncərələrin təmiri və təhlükəli materialların çıxarılması daxildir. Layihənin 2027-ci ilin payızına qədər tamamlanması planlaşdırılır.

S.ELAY

XQ

 

 

Избранный
0
1
xalqqazeti.az

2Источники