RU

Xaçmazda sel körpünü yararsız hala saldı – əraziyə giriş-çıxış bağlandıVİDEO

Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən avtomobil körpüsü sel nəticəsində yararsız vəziyyətə düşüb.

Xezerxeber.az xəbər verir ki, güclü yağışlardan sonra Qudyalçaya axan sel sularının istiqaməti dəyişib və körpünün alt hissəsini yuyaraq ciddi zərər yetirib. Nəticədə körpünün dayanıqlığı sual altına düşüb və hərəkət üçün təhlükəli hala gəlib.

Hazırda təhlükəsizlik məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən körpüyə giriş-çıxış tamamilə bağlanıb. Bu səbəbdən Xaspoladoba kəndinə və həmin istiqamətdə olan digər yaşayış məntəqələrinə gedən yol bağlıdır.

Yolun açılması üçün aidiyyəti qurumlar tərəfindən ərazidə vəziyyət qiymətləndirilir və zəruri tədbirlərin görülməsi planlaşdırılır.

Sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, alternativ marşrutlardan istifadə etsinlər və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl etsinlər.

Избранный
0
xezerxeber.az

1Источники