RU

Ledi Qaqa iki milyon insan üçün pulsuz konsert verdi, Madonnanı geridə qoydu

Amerikalı müğənni Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində pulsuz konsert verib...

Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, iki milyondan çox insan iştirak edib.

Ulduz ifaçının çıxışı Rio-de-Janeyronun iqtisadiyyatını canlandırmaq məqsədilə şəhər tərəfindən ödənilib. Konsertin yerli iqtisadiyyata 100 milyon dollar gəlir gətirəcəyi düşünülür.

Ledi Qaqanın konsertinin təhlükəsizliyini 5 min polis əməkdaşı təmin edib. Bütün tamaşaçılar metal detektorlardan keçirilib.

Ledi Qaqa Rio-de-Janeyroda pulsuz konsert verən ilk dünya məşhuru deyil. 2024-cü ilin may ayında Madonna Kopakabana çimərliyində öz şousunu nümayiş etdirib, bunun da pulunu şəhər ödəyib.

Həmin vaxt ulduzun konsertini 1.6 milyon tamaşaçı izləmişdi.

Poliqon.info

Избранный
0
poliqon.info

1Источники