Pakistan artilleriya mərmilərinin Ukrayna ordusuna kütləvi şəkildə tədarük edilməsinə görə bu sursat cəhətdən qıtlıq yaşayır. Bu barədə ANI agentliyi məlumat yayıb. Nəşr rəsmi mənbələrinə istinad edib.
Agentliyin mənbələrinə görə, əgər bir neçə gündür ki, Hindistanla davam edən silahlı toqquşmalar geniş münaqişə kimi qızışarsa, Pakistanın sursat ehtiyatı cəmi dörd gün davam edəcək.
Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Aprelin 30-da isə Pakistanın İnformasiya və Yayım Naziri Attaullah Tarar bəyan etdi ki, İslamabadda Pahalqam hadisəsindən yalan dolu bəhanələr kimi istifadə edilərək Yeni Dehlinin hərbi zərbələr endirməyi planlaşdırdığına dair etibarlı məlumat var. Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.
Tural