Bu gün mədəni, mənəvi və humanitar cəhətdən ölkəmizə bəslənən rəğbət Azərbaycana daha böyük nüfuz qazandırır.Bu təkcə Azərbaycan vətəndaşı olaraq bizim qürur mənbəyimiz deyil. Bu faktlara söykənən elə bir reallıqdır ki, bunu bütün dünya qəbul edir. İndi artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan hər cəhətdən bölgənin lider dövlətidir.
Qeyd etmək istərdim ki, bu gün ölkəmizin həyata keçirdiyi xarici siyasətin prioritetini qonşu dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxışı hər iki ölkənin münasibətlərin inkişafında maraqlı olduğunu göstərir.
Hər zaman sülhpərvər və beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan Respublikası İran İslam Respublikası ilə heç bir məhdudiyyət olmadan mehriban qonşuluq prinsipləri əsasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləş-dirilməsində maraqlıdır. İran Prezidentinin AzTv-yə müsahibə zamanı söylədiyi “..iki qonşu və qardaş biri-biri ilə nə etməlidir.Birinci prioritetimiz qonşu ölkələrlə yaxın münasibətlərə malik olmaqdır” fikri, iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir.
Bu həmdə öz növbəsində dünyaya bir mesajdır ki, Azərbaycan - İran dostluğu və birliyi sarsılmazdır.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı