RU

Kiyev apreldə 27 min əsgər və muzdlu itirib



Ukrayna Silahlı Qüvvələrinin (AFU) və xarici muzdluların aprel ayında Luqansk Xalq Respublikasının sərhədlərində itkiləri 27 min nəfər təşkil edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu hərbi ekspert Andrey Maroçko deyib. Onun sözlərinə görə, bu göstərici mart ayına nisbətən 5 min nəfər çoxdur:


"Ukraynanın aprel ayında Luqansk Xalq Respublikası sərhədlərində itkiləri təxminən 27 075 ukraynalı yaraqlı və muzdlu təşkil edib. Bu da mart ayı ilə müqayisədə 5 135 nəfər çoxdur. Ən çox canlı qüvvə Cənub Qüvvələr Qrupunun cavabdehlik zonasında məhv edilib", - deyə Maroçko bildirib.


Maroçko qeyd edib ki, bu dövrdə rus əsgərləri 47 tankı, 13 reaktiv yaylım atəş sistemini, 2 zenit-raket kompleksini, 384 səhra artilleriya qurğusunu, 92 elektron və əks-akkumulyator döyüş məntəqəsini, 171 döyüş sursatı, yanacaq və material anbarını, eləcə də düşmənin 1200-dən çox müxtəlif döyüş texnikasını məhv edib.

Anar Əliyev
Избранный
0
newscenter.az

1Источники