RU

Joze Mourinyo: "Liqanın nəticəsi mövsüm başlamadan öncə müəyyən olunmuşdu"

Türkiyə Super Liqasında "Fənərbaxça" öz meydanında "Beşiktaş"a 1:0 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo matçı və çempionluq şanslarını belə dəyərləndirib:

"Komanda olaraq yaxşı deyildik. Fərdi olaraq da səhvlərə yol verdik. "Beşiktaş"ı təbrik edirəm. Hakim, VAR qərarları, rəqibə verilən 11 metrlik cərimə zərbəsi və bizə verilməyən penalti... Danışmaqdan yorulmuşam artıq. Amma heç nə dəyişmir. Liqanın nəticəsi mövsüm başlamadan öncə müəyyən olunmuşdu. Liqa başlamadan hər şey bəlli idi".

Qeyd edək ki, çempionluq üçün mübarizə aparan "sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 8 xal geri düşüb. 

“Siti” İngiltərə millisinin üzvünü istəyir

Renat oynadı, komandası 1 xal qazandı

Millimizin üzvü komandasını tərk edib - RƏSMİ

“Barselona”da ciddi itki

Millimizin üzvü oynamadı, komandası 1 xal qazandı

Избранный
0
apasport.az

1Источники