RU

Ukrayna və Çexiya F-16 pilotlarının hazırlanması üçün birgə məktəb yaradacaq

Bakı. Trend:

Ukrayna və Çexiya F-16 qırıcı təyyarə pilotlarının hazırlanmasıməqsədilə birgə məktəbin yaradılması barədə razılığa gəliblər.

Trend xəbər verirki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ÇexiyaPrezidenti Petr Pavel ilə keçirdiyi mətbuat konfransında məlumatverib.

Zelenskinin sözlərinə görə, mərmi tədarükü təşəbbüsü ilə yanaşı,Ukrayna və Çexiya hava koalisiyası çərçivəsində sıx əməkdaşlıq edirvə bu əməkdaşlığın məntiqi davamı kimi birgə pilot məktəbininyaradılması nəzərdə tutulur.

"Bu gün Prezident Pavel və mən, eləcə də nümayəndə heyətlərimizUkrayna-Çexiya F-16 məktəbinin yaradılması da daxil olmaqla,aviasiya koalisiyamızın inkişafı ilə bağlı növbəti addımlarımüzakirə edirik", – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukrayna ərazisində müharibə şəraiti bucür məktəbin açılmasına imkan vermir.

"Rusiyanın davam edən təhdidləri səbəbindən bu məktəblərinUkraynadan kənarda açılması üçün tərəfdaşlarla işləyirik. Bu başverəcək və biz artıq Çexiyanın bu qərarların reallaşdırılmasındabizimlə birlikdə olacağına razılaşmışıq", – deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə Ukrayna və müttəfiqləri F-16 döyüştəyyarələrinin Ukraynaya ötürülməsi məqsədilə aviasiya koalisiyasıyaradıblar. Zelenskinin sözlərinə görə, Ukraynanın ən azı 128 ədədF-16 təyyarəsinə ehtiyacı var.

Избранный
0
az.trend.az

1Источники