Bakı. Trend:
ABŞ hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənanın cənubundayerləşən Əs-Səvad bölgəsində “Ənsar Allah” (husilər) hərəkatınaməxsus silah anbarlarını hədəfə alaraq azı üç hava zərbəsiendirib.
Trend xəbər verirki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.
Bundan əvvəl husilərə məxsus Al Masirah telekanalı da ABŞ-ınSəna və Əl-Hodeyda əyalətinin Ras İsa limanına ardıcıl zərbələrendirdiyini açıqlayıb.
Xatırladaq ki, martın 15-dən etibarən ABŞ Prezidenti DonaldTrampın göstərişi ilə Amerika ordusu husilərin nəzarətində olanərazilərə qarşı genişmiqyaslı hücumlara başlayıb. Husilər hazırdaYəmənin təxminən üçdə birinə nəzarət edirlər.