Dani Rodriges bəxtsizliklə üzləşib.
"Football-plus.az" xəbər verir ki, 19 yaşlı futbolçu “Barselona”dakı debüt oyununda ağır zədə alıb.
Bədbəxt hadisə La Liqanın 34-cü turunun “Valyadolid”ə qarşı oyununda (1:2) baş verib. Matça start heyətində başlayan Rodriges 34-cü dəqiqədə rəqib müdafiəçi Adam Aznuyla ikili mübarizədən sonra çiynini tutub. Həkimlər onun qolunu sarıyıb, daha sonra futbolçu meydandan çıxarılıb.
Rəsmi məlumata görə, Daninin çiyninin sağ hissəsində çıxıq qeydə alınıb.
Yeniyetmə futbolçunu zədənin dəqiq dərəcəsini müəyyənləşdirmək üçün əlavə müayinələr gözləyir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта