Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.