RU

"Lazım olan adamlar yumruğunu masaya vuracaq" - Samir Abasov

"Neftçi" Misli premyer-liqasının evdə keçirilən 33-cü tur matçında "Kəpəz"lə heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Səhhətiniz necədi? Fərdi səhvlər yuxu rejiminizə necə təsir edir?
- Sakitliyi qorunağa çalışırıq. Bizim üçün "qatar gedib". Bilirəm ki, nəsə desəm, həmin sözləri başqa cür yozacaqlar. Fərdi səhvlər həmişə olur. Qol vura bilmirik. Birinci hissədə belə dominant çıxış edən komanda görmüsüz? Bu vaxt ərzində 10-15 dəfə rəqibin cərimə meydançasında olduq. Hətta müdafiəçilərimiz də orda idi. Amma rəqibin qapıçısı top çıxarmağa ehtiyac duymadı. Bu, hücumçularımızın problemidi. Rəqibin hər hücumu isə təhlükəli olur. Müdafiə xəttindəki çatışmazlıqlardan da xəbərdarıq. Qalan oyunlara hazırlaşacağıq. Adımıza layiq nəsə etmirik. Nə deyəcəyimi bilmirəm. Yeganə müsbət məqam ardıcıl iki oyunda məğlubiyyətdən xilas olmağımızdı.

- Növbəti mövsümdə sizə indiki qədər büdcə ayrılacaq?
- Bu haqda danışmaq üçün tezdi. Mövsümün sonunda illik plan ətrafında müzakirə aparacağıq.

- Emin Mahmudov komandada qalacaq?
- Hələ qarşıda üç oyun var. Onun "Neftçi"ylə müqaviləsi sona çatmayıb. Amma bu o demək deyil ki, sözləşməsi davam edənlər komandada qalacaq. İnanıram ki, futbolçularla anlaşa biləcəyik.

- Kapitan Rza Cəfərov olsa da, ictimaiyyət Emini qəbul edir. Sarğını niyə ona qaytara bilmədiz?
- "Qaytara bilmədiz"? Bu ifadənin arxasında başqa nəsə var. Sanki kimsə məni nəyəsə məcbur edib... Belə şey ola bilər? Elə bil məni tanımırsız... Mən "Neftçi"yə gələndə kapitanlıq məsələsi çox şişirdilmişdi. Oyunçuları matçlara kökləmək üçün Rzanı kapitan təyin etdim.

- "Sumqayıt"la oyunda qolunuz sayılmadı, penaltiniz verilmədi. Bu gün Elvin Camalova asanlıqla qırmızı vərəqə göstərildi...
- Bunun qərəzlə bağlı olduğunu düşünmürəm. Sadəcə, yanlış qərarlardan əziyyətin çəkdik. Bassala Sambunun kubokun yarımfinal oyunlarında olmadı. Bu gün Elvinin ayağının topa toxunduğunu gördüm... "Neftçi" haqda çox danışılır. Nəticələr də yaxşı deyil. Amma bu situasiya heç kimi arxayınlaşdırmasın. Bu məsələ yaxşı bitməyəcək. Lazım olan adamlar yumruğunu masaya vuracaq. Belədə Allah sizi qorusun. "Neftçi" haqda pis danışanlara nəsə deməməyimizin səbəbi futbolda başımızın aşağı olmasıdı... Yenə də bu kimlərəsə xoş görünmək üçün "Neftçi"dən vasitə kimi istifadə etməyə əsas vermir. "Neftçi" tezliklə özünə gələcək.

- Sizinlə klub rəhbərliyinin planları üst-üstə düşəcək?
- Əmin olun ki, belə olacaq. Bir-birimizi anlayırıq.

KƏNAN BAHADIR

Избранный
0
football-plus.az

1Источники