Türkiyə 1-ci Liqasının XXXVII turunda "Boluspor" "Yeni Malatyaspor"u 10:1 hesabı ilə ağır məğlubiyyətə uğradıb. 

Offsideplus.az xəbər verir ki, komanda hazırda 58 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.  

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli oyuna start heyətdə başlayıb və matçın sonuna qədər meydanda olub. 29 yaşlı oyunçu bu qarşılaşmada 1 qol və 1 assist müəllifi olub. O, Cefferson Juniorun 19-cu dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verib. 85-ci dəqiqədə isə həmyerlimiz özü uzaq məsafədən topu qapıya göndərib. 

Qolun videosunu təqdim edirik: