RU

Kanallar qazılmadığından yağış suları həyətlərə dolur – Ucarda PROBLEMVİDEO

Kənd ərazisində olan kanallar qazılaraq təmizlənmir. Yağışlar yağan kimi sular həyətlərə dolur.

Xezerxeber.az xəbər verir ki, Ucar rayonunun Qazıqumlaq kəndində illərdir bu cür vəziyyət hökm sürür. Kəndin qrunt su kanalının qazılması illərdir yubadılır. Nəticədə də yağış yağan kimi evləri, həyətləri su basır, torpaq sahələri istifadəyə yararsız hala düşür. Sakinlərin sözlərinə görə, kənddə 40-dan çox evdə bu cür problem var.

Sakinlər qeyd edirlər ki, illərdir bu problemə baxan yoxdur, bütün müraciətlər də cavabsız qalır. Qazıqumlaq kəndində qrunt sularının axıdıldığı kanallar ciddi problemə çevrilib.

Qazıqumlaq kənd icra nümayəndəsi Mehman Məmmədov "Xəzər Xəbər"ə şifahi olaraq bildirdi ki, məsələ kənd bələdiyyəsinə aiddir. Lakin bələdiyyə hələ formalaşmadığından sözügedən kanalın qazılıb təmizlənməsi üçün texnika və imkan yoxdur. İmkan olarsa, kanalların qazılması təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Избранный
0
xezerxeber.az

1Источники