RU

Putin soyuducuda nə saxladığını göstərdi

Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə Kremldəki soyuducusunda nə saxladığını göstərib.

 

Jurnalist "Rossiya-1" kanalında yayımlanan "Rusiya. Kreml. Putin. 25 il" filminin fraqmentini paylaşıb.

 

Putin Kremldəki mənzilini göstərərək çəkiliş qrupuna yemək təklif edib. Soyuducuda qatıq və ryajenka (süd məhsulu - red.) tapılıb. Dövlət başçısı bunların Rusiya məhsulu olduğunu təsdiqləyib.

 

Prezidentin mətbəxində Belarus istehsalı bir qutu şokolad da olub.

 

Oxu.az

 

Tarix: 4 May 2025, 20:46   
Избранный
0
6
pravda.az

7Источники