RU

Azərbaycan "Bədii gimnastika üzrə Avropa Kuboku"nda 5 medal qazanıb

1-4 may tarixlərində Bakıda - Milli Gimnastika Arenasında keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda Azərbaycan qrup hərəkətləri komandası 1 qızıl, 3 bürünc medal, fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən Ağahüseynova Şəms (Azərbaycan) isə bürünc medal qazanıb.

Aznews.az xəbər verir ki, may ayının birində Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun açılış mərasimi keçirilib. Açılışı zamanı iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Daha sonra gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılışı nitqi ilə çıxış edib.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışın açılışı şou-proqramla davam edib. Yarışın ilk günündə fərdi yarışlar keçirilib. Böyüklər yaş kateqoriyasında gimnastlar halqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Kamilla Seyidzadə təmsil edib.

Yarışın ikinci günündə böyüklər arasında fərdi proqramda gürzlər, halqa, top və lentlər üzrə qaliblər bəlli olub. Böyüklər arasında gürzlər üzrə Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Bolqarıstan (Malinova Dara) bürünc medal qazanıb. Lentlərlə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya (Tara Dragas) gümüş, Rumıniya (Amalia Lica) bürünc medal qazanıb.

Topla yarışda İtaliya (Sofia Rafelli) qızıl, Özbəkistan (Lola Djuraeva) gümüş, Ukrayna (Taisiia Onofriichuk) bürünc medal qazanıb. Halqa ilə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl, İsrail (Lian Rona) gümüş, İtaliya (Tara Dragas) bürünc medal qazanıb.

Eyni gündə qrup hərəkətlərində böyüklər yaş kateqoriyasında gimnastlar 5 lent və 3 top - 2 halqa şəklində yarışıblar.
Böyüklər arasında qrup hərəkətlərində 3 top - 2 halqa şəklində çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukrayna komandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb. Böyüklər arasında qrup hərəkətlərində 5 lent şəklində çıxış edən İtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstan komandası isə bürünc medal qazanıb.

Yarışın üçüncü günündə gənclər arasında qrup hərəkətləri komandası 5 halqa, 5 cüt gürzlə çıxış edib. Gənclər arasında qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürzlə çıxış edən Bolqarıstan komandası qızıl, Ukrayna komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.

Избранный
0
4
aznews.az

5Источники