RU

Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir

Bakı. Trend:

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycannümayəndə heyəti Suriyada səfərdədir.

Trend xəbər verir ki, səfərAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,Suriya Ərəb Respublikasının yeni hakimiyyətinə cari ilin yanvarındagöstərilən humanitar yardımın davamı olaraq, Suriyaya digərsahələrdə, o cümlədən iqtisadiyyat, neft-qaz sənayesi, energetika,mədəniyyət, təhsil sahələrində inkişafa dəstək imkanlarınıaraşdırmaq məqsədi daşıyır.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd ƏlŞaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin Suriyanın xarici işlər naziri Əsəd Həsənəl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetikanaziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh,təhsil naziri Muhammad Absurrah Rahman Turkuo ilə də görüşləriolub.

Избранный
0
11
az.trend.az

10Источники