RU

Trampın müşaviri İsrail üçün işləyirdi?


ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu İsrailin baş naziri Binyamin Netanyahu ilə yaxın əlaqələri ilə bağlı yaranmış qalmaqaldan sonra istefaya göndərib. Bu barədə “The Washington Post” Ağ Evdəki mənbələrə istinadən yazır. Nəşrin yazdığına görə, Tramp öyrənib ki, Netanyahunun Vaşinqtona səfərindən sonra Uolts İsrailin baş nazirinin mövqeyini bölüşərək, İrana zərbə endirmək ideyasını təbliğ etməyə başlayıb. Mənbələr qeyd edirlər ki, Uolts bu məsələni hətta ABŞ prezidentinin özü ilə müzakirə olunmamışdan əvvəl İsraillə mümkün hərbi hərəkətləri koordinasiya edib. "O, ölkənin siyasətini Trampın dəstəkləmədiyi istiqamətə yönəltməyə çalışırdı", -deyə WP mənbələrindən biri bildirib. Başqa bir mənbə isə bildirib ki, Uolts hərbi təzyiqin xeyrinə diplomatiyadan imtina etməkdə israrlıdır. Ağ Ev hesab edib ki, müşavir öz səlahiyyətlərini aşıb və ABŞ-ın maraqlarına uyğun hərəkət etməyib. Qəzet Trampın müşavirlərindən birinin sözlərini sitat gətirib: “Siz başqa ölkənin prezidenti üçün yox, öz ölkənizin prezidenti üçün işləyirsiniz”. Onun vəzifələri dövlət katibi Marko Rubioya verilib. Təyinat mayın 1-də elan edilib. İstefaya getməsinə baxmayaraq, Uoltsun namizədliyiABŞ-ın BMT-dəki səfiri vəzifəsinə irəli sürülüb.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники