"Hər bir insanda, xüsusilə də çətin məqamda Tanrıya üz tutmaq ehtiyacı yaranır. Ruslar və ümumilikdə Rusiya insanı qərb cəmiyyətindən müəyyən mənada fərqlənir. Biz daha çox əbədi, sonsuz, ali bir şey haqqında düşünürük. Məncə, ateistlər belə bu kimi dəyərlərə inanırlar”.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
O qeyd edib ki, yüksək mənəviyyata malik olan hər bir insanda vaxtaşırı Tanrıya üz tutmaq ehtiyacı yaranır:
“Belə dünyagörüşü, əqidəsi və mənəvi kodeksi olan insan zaman-zaman Tanrıya yönəlmək, dua etmək ehtiyacı hiss edir. Xristianlar üçün bu xaç vurmaq, müsəlmanlar üçün öz dini ənənələrinə uyğun olaraq Allaha dua etməkdir. Yəhudilər və buddistlərin isə daha fərqli adətləri var. Amma nəticədə hamısı Tanrıya yönəlir".
Putinin sözlərinə görə, insanın Tanrıya üz tutmasının müxtəlif yolları ola bilər, lakin bu, inanan bir insanın daxili ehtiyacını azalda bilməz:
“Bu cür daxili ehtiyac məndə də olur. Amma bu ehtiyacların səbəblərini bir-bir sadalamaq bəlkə də lazım deyil. Etiraf etməliyəm ki, həyatımda ilk dəfə diz çöküb dua etdiyim an Dubrovka faciəsi zamanı olub. O an kilsədə diz çökdüb dua etdim. Bu tamamilə xüsusi bir hal idi. Bu faciəni yaşayan və ya heç olmasa anlayan hər kəs üçün bu hadisə əbədi yadda qalacaq”, – deyə Putin vurğulayıb.
Qeyd edək ki, Dubrovka faciəsi, 2002-ci ilin oktyabr ayında Moskvada baş verib və Rusiya tarixinin ən faciəvi terror aktlarından biri kimi yadda qalıb. Moskvanın Dubrovka Teatr Mərkəzində 850 nəfərdən çox tamaşaçı əsir götürülüb. Çeçenistanın müstəqilliyini tələb edən terrorçular, Rusiya hökumətinin tələbləri yerinə yetirməməsi halında əsirləri öldürəcəklərini bildirdilər. 26 oktyabrda xüsusi təyinatlı qüvvələr teatrı zəbt edib, əsirləri azad etməyə çalışdılar. Lakin əməliyyat zamanı istifadə olunan qaz (sarin) nəticəsində 130-dan çox insan həyatını itirib./Teleqraf
Telegram kanalımız