RU

Vircin adaları sahillərində 5,3 maqnitudalı zəlzələ baş verib

Karib dənizindəki Vircin adaları sahillərində 5,3 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:58-də (Bakı vaxtı ilə 10:58) təxminən 8,4 min nəfər əhalisi olan Roud Taun şəhərindən (Britaniya Virciniya adaları) 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ dərinliyi 20 kilometr olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Избранный
0
8
apa.az

9Источники