RU

Deputat Tənzilə Rüstəmxanlı TDAV-ı ziyarət edib



Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı İstanbula işgüzar səfəri çərçivəsində Türk Dünyası Araşdırmalar Vəqfini (TDAV) ziyarət edib.

Newscenter.az xəbər verir ki, millət vəkili TDAV başqanı Közhan Yazgan və vəqf rəhbərliyi ilə görüşüb. Görüşdə ortaq layihələr müzakirə olunub.

Görüşün sonunda TDAV başqanı Közhan Yazqan Azərbaycanın xalq şairi, yazar Sabir Rüstəmxanlının Türkiyə türcəsinə uyğunlaşdırılmış "Difai Fədailəri" kitabını millət vəkili Tənzilə Rüstəmxanlıya hədiyyə edib.

Qeyd edək ki, Sabir Rüstəmxanlının müəllifi olduğu "Difai Fədailəri" kitabı İmdad Avşar tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb.

Süleyman
Избранный
0
newscenter.az

1Источники