RU

Zelenski Orbanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı fikirlərinə görə tənqid edib

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına üzv ola bilməyəcəyi barədə səsləndirdiyi fikirləri kəskin şəkildə tənqid edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Zelenski Orbanın bu bəyanatlarını Avropa İttifaqı üçün “çox təhlükəli” hesab edir və Kiyev bu məsələ ilə bağlı tərəfdaşlarını məlumatlandırıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə “Facebook” səhifəsində Zelenskiyə cavab olaraq bildirib ki, “bütün macarların Ukraynanın Aİ-yə sürətli üzvlüyü məsələsində fikirlərini bildirmək hüququ var və Kiyev bununla barışmalıdır”.

Избранный
0
1
nocomment.az

2Источники