Samuxda gənc oğlan özünə kəsici alətlə xəsarət yetirib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib. Kənd sakini 2004-cü il təvəllüdlü V.Səmədzadə qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, V.Səmədzadə atasına əsəbiləşərək özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.