ABŞ-ın Kaliforniya ştatının Simi-Velli şəhərində "Vans RV-10" markalı təyyarə yaşayış evlərinin üzərinə düşüb.Bu barədə "ABC News" məlumat yayıb.
Qəza nəticəsində iki evə ziyan dəyib və yanğın baş verib.
Məlumata görə, təyyarənin pilotu qəza zamanı həyatını itirib.