Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahunun təyyarəsinə Türkiyə hava məkanından uçmağa icazə verilməsi ilə bağlı iddialar doğru deyil.
XİN-in sözçüsü Keçeli deyib:- "İsrail baş nazirinin təyyarəsinə Türkiyə hava məkanından uçmağa icazə verildiyi ilə bağlı iddialar qətiyyən həqiqətə uyğun deyil. Bununla bağlı bizə hər hansı bir istək bildirilməyib".
Surxay Əliyev