İranın xarici işlər naziri Abbas Əraqçi iki ölkə arasında gərginliyin artması fonunda gələn həftə Pakistan və Hindistana rəsmi səfərə gedəcək.
Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Bazar ertəsi, mayın 5-də Əraqçi Pakistana səfər edəcək, orada ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, onlarla ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək. Bundan sonra o, Hindistana gedəcək.
Aprelin 25-də İranın xarici işlər naziri bəyan edib ki, İslam Respublikası hazırkı vəziyyətdə Hindistan və Pakistana qarşılıqlı anlaşma tapmağa kömək etməyə hazırdır.