Bakı. Trend:
ABŞ müdafiə naziri Pit Heqset prezident Donald Trampın YaxınŞərq səfərindən əvvəl İsrailə səfər etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı İsrailrəsmiləri arasında olan mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, P.Heqsetin mayın 12-də İsrailə gələcəyigözlənilir. Orada o, həmkarı İsrael Kats, eləcə də İsrailin başnaziri Benyamin Netanyahu ilə görüşlər keçirmək niyyətindədir.
Bundan sonra Pentaqon rəhbərinin Yaxın Şərq turunda DonaldTrampa qoşulacağı gözlənilir.