Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Everton” – “İpsviç Taun” matçında qalib müəyyənləşməyib.
“Lester Siti” doğma meydanda “Sauthempton”a, “Aston Villa” isə “Fulhem”ə qalib gəlib.
“Arsenal” isə bu turda “Bornmut”la ev oyunundan məğlubiyyətlə ayrılıb.
35-ci turun qalan görüşləri mayın 4-də və 5-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
35-ci tur
2 may
Mançester Siti – Vulverhempton 1:0
Qol: De Bröyne, 35.
3 may
Aston Villa – Fulhem 1:0
Qol: Tilemans, 12.
Everton – İpsviç Taun 2:2
Qollar: Beto, 26. Maknil, 35 – Enkizo, 41. Herst, 79.
Lester Siti – Sauthempton 2:0
Qollar: Vardi, 17. Ayyu, 44.
Arsenal – Bornmut 1:2
Qollar: Rays, 34 – Höysen, 67. Evanilson, 75.
4 may
17:00. Brentford – Mançester Yunayted
17:00. Brayton – Nyukasl
17:00. Vest Hem – Tottenhem
19:30. Çelsi – Liverpul
5 may
23:00. Kristal Pelas – Nottingem Forest