RU

Şəbəkə Marketlərinin Qeyri-Neft Sektorunda Vergi Ödəyicisi Kimi Rolu: Beynəlxalq Təcrübə, Yerli Reallıqlar və İqtisadi Perspektivlər » AzadMedia.az



GİRİŞ

Qlobal iqtisadi çağırışlar fonunda təbii resurslara olan asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycan da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələrin strateji prioritetlərindən birinə çevrilib Bu istiqamətdə qeyri-neft sektorunun inkişafı ölkənin sosial-iqtisadi sabitliyi və dayanıqlı böyüməsi üçün vacib baza rolunu oynayır. Məhz bu sektor daxilində pərakəndə satış sahəsi — xüsusilə mütəşəkkil şəbəkə marketləri — dinamik inkişafı və iqtisadi artıma çoxşaxəli təsiri ilə seçilir.
Şəbəkə marketləri təkcə əhali üçün istehlak mallarının əlçatanlığını təmin etməklə kifayətlənmir, həm də vergi daxilolmaları, məşğulluq və insan kapitalı inkişafı baxımından dövlət və cəmiyyət üçün mühüm iqtisadi institutlara çevriliblər Bu sahədə Azərbaycanda fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu, Bravo supermarketlər qrupu, “Al Market” kimi lider brendlər yalnız böyük satış həcmləri ilə deyil, eyni zamanda yaratdıqları minlərlə iş yeri, təlim proqramları və peşəkar inkişaf platformaları ilə fərqlənirlər.
Məsələn, Veysəloğlu Şirkətlər Qrupu hal-hazırda 26 mindən çox əməkdaşı ilə ölkənin ən böyük özəl işəgötürənlərindən biridir. Qrupun nəzdində fəaliyyət göstərən ARAZ Təlim Akademiyası isə pərakəndə satış, marketinq və idarəetmə üzrə kadrların sürətli, keyfiyyətli və bazarın ehtiyaclarına uyğun hazırlanmasında önəmli rol oynayır. Bu yanaşma beynəlxalq praktikalarda da sübut edildiyi kimi, yalnız iqtisadi göstəriciləri deyil, həm də sosial kapitalı artıran sistemli mexanizmdir.
Qeyri-Neft Sektorunda Şəbəkə Marketlərinin İqtisadi və Fiskal Rolu
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ildə ölkənin qeyri-neft sektorunda pərakəndə ticarət dövriyyəsi 58.4 milyard manat təşkil edib, bunun təxminən 21%-i böyük şəbəkə marketlərinin payına düşüb. Bu müəssisələrin dövlət büdcəsinə ödədikləri vergilər — xüsusilə ƏDV, mənfəət və gəlir vergiləri — qeyri-neft sektorunda ümumi vergi daxilolmalarının 18%-dən çoxunu təşkil edir. Bununla yanaşı, bu şirkətlər rəsmi uçot, şəffaf əməliyyatlar və texnoloji sistemlərlə (ERP, POS və s.) fəaliyyət göstərdikləri üçün vergidən yayınmanın qarşısının alınmasında da əsaslı rol oynayırlar.

İnsan Kapitalının Formalaşmasında Strateji Rolu


Gəlin etiraf edək ki, iqtisadi inkişafın uzunmüddətli təminatçısı kimi insan kapitalının rolu danılmazdır. Şəbəkə marketləri bu kontekstdə yalnız mövcud vakansiyaları dolduran deyil, həm də gələcək üçün peşəkar resurs yaradan mərkəzlərə çevrilib.
• Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə fəaliyyət göstərən ARAZ Təlim Akademiyası, mütəmadi olaraq satış, marketinq və idarəetmə sahəsində kurslar, praktiki təlimlər və mentorluq proqramları təqdim edir. Bu təlimlər istər yeni işçilərin adaptasiyası, istərsə də mövcud əməkdaşların ixtisasartırması baxımından unikal platformadır.
• Bravo Supermarketlər qrupu və “Al Market” kimi digər şəbəkələr də daxili motivasiya mexanizmləri vasitəsilə satış menecerlərindən tutmuş logistikaya qədər geniş sahədə peşəkar inkişaf mühiti yaradır.
Bu yanaşma sayəsində Azərbaycanın pərakəndə sektoru yalnız istehlak bazarının təminatçısı deyil, həm də ixtisaslı işçi qüvvəsinin formalaşdırıcısı kimi çıxış edir. Bu, ölkənin təhsil sistemindən gələn boşluqları çevik və praktik şəkildə kompensasiya edən effektiv modeldir.

Beynəlxalq Təcrübə və Təşkilatların Mövqeyi Nə Deyir?


Dünya Bankı
Dünya Bankının "Retail Modernization in Emerging Economies" hesabatında qeyd olunur ki, supermarket şəbəkələrinin inkişafı iqtisadi formallaşmanı gücləndirir və dövlətin fiskal imkanlarını artırır. Bu təsir əsasən aşağıdakı mexanizmlər vasitəsilə baş verir:
• Elektron uçot sistemləri və rəqəmsallaşma;
• Formallaşdırılmış əmək münasibətləri;
• Maliyyə axınlarının şəffaf idarəedilməsi.
McKinsey & Company
McKinsey-nin “Emerging Retail Markets 2030” tədqiqatında göstərilir ki, inkişaf etməkdə olan ölkələrdə şəbəkə marketləri:
• Maliyyə sisteminə inteqrasiya,
• Kənd təsərrüfatı və sənaye sektorları ilə əlaqələrin gücləndirilməsi,
• Texnologiya və logistika sahələrində innovasiya təşviqi baxımından iqtisadi böyümənin mühüm akteorlarıdır.
Bu kontekstdə Azərbaycanın pərakəndə sektoru da beynəlxalq təcrübənin göstəricilərinə yaxınlaşır və strateji inkişaf potensialına malikdir.

Beynəlxalq Nümunələr: Türkiyə, Polşa, Malayziya

Beynəlxalq nümunələrə gəlincə qonşu Türkiyə və Şərqi Avropa ölkələrində bu sahə getdikcə bazar payını daha da artırır. Məsələn:
• Türkiyə: Migros, BİM və A101 kimi şəbəkələr 2022-ci ildə ümumi pərakəndə sektorunun vergi daxilolmalarının 30%-dən çoxuna sahib olub. Onlar eyni zamanda sosial proqramlar və yerli istehsalın təşviqi ilə məşğuldurlar.
• Polşa: Dövlət supermarketlər üçün diferensial ƏDV dərəcələri tətbiq edərək sosial ədalətə dəstək verir və vergi şəffaflığını artırır.
• Malayziya: GST sistemi və rəqəmsal uçotun məcburi tətbiqi sayəsində supermarketlər iqtisadiyyatda formallığın artmasına səbəb olub.
Bu nümunələr göstərir ki, şəbəkə marketləri təkcə ticarət subyekti kimi deyil, iqtisadi idarəetmənin bir hissəsi kimi çıxış edə bilirlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilrik ki, şəbəkə marketləri —Bravo, “Al Market” və digərləri, xüsusilə Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda qeyri-neft sektorunun əsas dirəklərindən birinə çevrilib. Onlar:
• Vergi daxilolmalarına mühüm töhfə verir,
• Minlərlə daimi iş yeri yaradır,
• Peşəkar kadrların formalaşdırılmasına şərait yaradır,
• Texnologiya və innovasiya ilə iqtisadiyyata tədricən dinamizm gətirir.
Bu müəssisələrin təşəbbüsü ilə yaradılmış təlim mərkəzləri (xüsusilə ARAZ Təlim Akademiyası) isə ölkədə satış, marketinq və pərakəndə sahələr üzrə praktiki bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasında ön sırada yer alır. Beləliklə, bu şirkətlər dövlətin iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalı inkişafı strategiyasının əsas tərəfdaşlarıdır.
Azərbaycanın iqtisadi inkişafı üçün bu modelin daha da genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni təşəbbüslərin formalaşdırılması və sektorun rəqabət qabiliyyətinin artırılması istiqamətində bu şirkətlərlə daha yaxından çalışmaq və şirkətləri narahat edən msələləri gündəmə gətirmək lazımdır. Araşdıma, həmçinin onu da göstərir ki, inkişaf etmiş ölkələrdə bu parakənd satış sektorunun qida sahəsindəki payı 70-80% təşkil edir. Hansı ki, bu rəqəm Azərbaycanda maksimum 30%-ə yaxındır.
Elnurə Abuşova,
Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”
Избранный
0
1
azadmedia.az

2Источники