RU

Türkiyə millisinin sabiq üzvü futboldan uzaqlaşdırıldı

style='margin-bottom:10px;'>

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb. 

QOL.az xəbər verir ki, bu barədə Şimali Makedoniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkənin “Qostivar” klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Buna səbəb kapitan Alper Potukun “Qostivar” - “Rabotniçki” matçında hakim qərarlarına etiraz etmək məqsədilə komandaya oyun bitməzdən əvvəl meydandan çıxmaq, paltardəyişmə otağına getmək göstərişi verməsi olub. Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb. 

Qeyd edək ki, “Qostivar”a həmin matçda texniki məğlubiyyət verilib və aktivindəki 9 xal silinib. Hazırda komanda turnir cədvəlində 48 xalla 4-cüdür.

Избранный
0
6
teleqraf.com

10Источники