RU

İranda qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya müraciət edib

Bakı. Trend:

İranın cənub-qərbindəki Xuzistan vilayətində qum fırtınasınəticəsində son 24 saatda 802 nəfər xəstəxanaya müraciət edib.

Trend-inməlumatına görə, bu barədə Əhvaz Cündişapur adına Tibb ElmləriUniversitetinin vitse-prezidenti doktor Meysem Muazi bildirib.

M.Muazi qeyd edib ki, onlar ürək və tənəffüs problemi müraciətediblər.

"Həmin şəxslərdən 92-si xəstəxanaya yerləşdirilib, digərləri isəmüalicədən sonra evə buraxılıb", - deyə o bildirib.

M.Muazi yerli əhaliyə xəbərdarlıq edərək onları, xüsusən dəuşaqları, hamilə qadınları, qocaları və tənəffüs yolu xəstəlikləriolanları mümkün qədər evdə qalmağa çağırıb.

Qeyd edək ki, Xuzistan Meteorologiya Xidməti qum fırtınası iləəlaqədar cümə axşamı və cümə günləri üçün "qırmızı xəbərdarlıq"verib ki, bu da havanın insanların sağlamlığı üçün təhlükəliolduğunu göstərir.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники