RU

Nəfəs almaqda çətinlik varsa və bu 15 dəqiqədən çox davam edirsə... Mütəxəssislərdən qadınlara xəbərdarlıq

Nəfəs almaqda çətinlik varsa və bu 15 dəqiqədən çox davam edirsə...

Qadınlarda infarkt əlamətləri çox zaman kişilərdəkindən fərqli olur ki, bu da erkən diaqnoz imkanlarını azaldır. Mütəxəssislər xəbərdarlıq edirlər: qəfil başlayan təngnəfəslik, başgicəllənmə və ürəkbulanma kimi əlamətlər gözardı edilməməlidir!

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qadınlar infarktın ilkin əlamətlərini bəzən düzgün qiymətləndirmirlər. Halbuki infarkt qadınlarda daha az rast gəlinməsinə baxmayaraq, nəticələri çox zaman daha ölümcül olur. Əlamətlərin kişilərdəki qədər açıq olmaması, bu riski artırır. Mütəxəssislər maarifləndirmənin artırılmasının vacibliyini vurğulayırlar.

Qadınlar infarktı necə tanıya bilər?

Sinə ağrısı həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən əlamətdir. Lakin qadınlarda bu ağrı daha çox təzyiq, sıxılma və ya yanma hissi kimi özünü göstərir və sol qola, çənəyə, arxaya və qarın nahiyəsinə yayına bilər. Bəzən isə bu klassik simptomlar olmadan infarkt baş verir.

Təngnəfəslik: diqqətə alınmalı xəbərdarlıq

Qəfil başlayan və 15-20 dəqiqədən çox davam edən nəfəs darlığı qadınlarda infarktın ilk əlaməti ola bilər. Bu hal varsa, dərhal tibbi yardım alınmalıdır.

Başgicəllənmə və bulanıq görmə

Əlamətlər bəzən aşağı təzyiqlə qarışdırıla bilər, lakin qəfildən başlayan başgicəllənmə və görmənin zəifləməsi infarktın xəbərçisi ola bilər. Bədən daxilində qəfil dəyişikliklər baş verdikdə bu əlamətlərə diqqətlə yanaşmaq vacibdir.

Ürəkbulanma və qusma

Qadınlarda infarkt həzm pozğunluğu şəklində də özünü göstərə bilər. Sinə ağrısı olmadan belə, ürəkbulanma və qusma ciddi bir ürək problemi ilə əlaqəli ola bilər.

Qəfil soyuq tər

Soyuq tərləmə xüsusilə şəkərli diabet və digər xroniki xəstəlikləri olan qadınlarda infarktın ilkin xəbərçisi ola bilər. Bu simptom da diqqətdən yayınmamalıdır.

Sağ sinədə və digər qeyri-adi nahiyələrdə ağrı

Ümumiyyətlə infarkt sol döş qəfəsi ilə əlaqələndirilir, amma qadınlarda sağ döş qəfəsi, bel, qarın və sağ qol nahiyəsində də ağrı müşahidə edilə bilər. Bu ağrılar sürətlə başlayıb intensivləşirsə, ciddiyə alınmalıdır.

Panik atakla qarışdırılmasın

İnfarktın bəzi əlamətləri panik atakla oxşarlıq təşkil etsə də, simptomlar qəfil və güclü şəkildə başlayırsa, ilk ehtimal infarkt olmalıdır. Qadınların bu əlamətləri düzgün tanıması həyati əhəmiyyət daşıyır.

Vaxtında müdaxilə həyat xilas edə bilər

Xüsusilə 40 yaşdan yuxarı qadınlar infarktın bu fərqli əlamətlərindən xəbərdar olmalıdırlar. Erkən müdaxilə ilə həyat qurtarmaq mümkündür. İnfarkt istisna edildikdən sonra digər ehtimallar dəyərləndirilə bilər, lakin ilkin mərhələdə bu risk nəzərə alınmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
0
e-saglam.az

1Источники