RU

Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib - FOTO

Bakıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantı keçirilib.

Aznews.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət edilən nümayəndələr iştirak ediblər.

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-türk dövlətlərində yaşayan türklərin qayğı və problemləri ilə məşğul olacaq ayrıca bir strukturun yaradılmasını təklif edib: "Bu qurum Borçalıda, Suriyada və digər dövlətlərdə yaşayan türkləri özündə birləşdirməlidir".

Qazaxıstan Türk Akademiyasının sədr müavini Aksat Kesikbayev isə "Ortaq Türk tarixi" kitabının yazılması üzrə həyata keçirilən işlərdən danışıb:

"1991-ci ildə SSRİ-nin süqutundan sonra Ortaq Türk əlifbasının yaradılması təklifi gündəmə gətirilib. Daha sonra Türk Akademiyasının tərkibində bu məqsədlə komissiya yaradılıb. 2023-cü ildə Astanada, 2024-cü ildə isə Bakıda bu komissiyanın iclası keçirilib. Nəhayət komissiya Ortaq Türk əlifbası məsələsində razılığa gəlib. Türk Akademiyasının daha bir layihəsi isə "Ortaq Türk tarixi" kitabının yazılmasıdır. Bu fəaliyyət təkcə keçmişə deyil, həm də gələcəyə hesablanıb. Həmin istiqamətdə fəaliyyət Türk dövlətləri ilə ortaq fəaliyyət formasında həyata keçiriləcək. Türk dünyasının birliyi üçün təkcə tarixi deyil, həm də siyasi, iqtisadi və hərbi əməkdaşlığın gücləndirilməsi son dərəcə zəruridir".

Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik isə ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib:

Избранный
0
4
aznews.az

5Источники