Ürək xəstəliyi səbəbindən uzun müddətdir reanimasiyada olan DEM Partiyasından olan millət vəkili, TBMM sədr müavini Sırrı Süreyya Öndər vəfat edib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilib ki, 62 yaşlı Öndər müalicəsinin 18-ci günündə çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişib.