"Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək avtobuslar bunlardır:
⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;
⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;
⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.
⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi olacaq.
⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;
⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metro stansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.
⁃ 6 nömrəli marşrut "Azadlıq prospekti" metro stansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.
⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);
⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metro stansiyası (Xocalı prospekti);